Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Mübariz Qurbanlı: “Prezident İlham Əliyevin siyasətində islahatlar davamlıdır”

“Azərbaycan demokratik ölkədir və müstəqillik əldə olunduqdan sonra islahatlar davamlı olub”.

“Azərbaycan Prezidenti İlham Əliyevin siyasətində islahatlar davamlıdır”.

Din.az APA-ya istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O qeyd edib ki, ölkədə hər zaman bütün sahələr üzrə islahatlar aparılıb: “Dövlət idarəçiliyində zamanı çatmış məsələlərin həlli islahat deməkdir. Bu da irəliyə doğru atılan addımdır. Bütün demokratik inkişaf yolu keçən ölkələr bu yolla gedir. Azərbaycan da demokratik ölkədir və Azərbaycan müstəqillik əldə etdikdən sonra islahatlar davamlı olub, bu gün də davam etməkdədir. Yeni Baş Nazirin təyinatı da mövcud iqtisadi islahatlarla əlaqədar həyata keçirilib. Mən Əli Əsədovun Baş Nazir təyin olunmasını lazımi addım sayıram və əminəm ki, o, qarşıya qoyulan məsələləri uğurla yerinə yetirəcək”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...