Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Mübariz Qurbanlı: “Səudiyyə Ərəbistanı Azərbaycana 368 milyon dollar investisiya qoyub”

“Azərbaycan Səudiyyə Ərəbistanı ilə müxtəlif sahələrdə əməkdaşlığa xüsusi önəm verir”.

“Səudiyyə Ərəbistanının dövlət və özəl şirkətləri indiyədək Azərbaycan iqtisadiyyatına 368 milyon ABŞ dolları həcmində investisiya qoyublar”.

Din.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Milli Günü münasibətilə Bakıda təşkil olunmuş rəsmi qəbulda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

“Azərbaycan Səudiyyə Ərəbistanı ilə enerji, infrastruktur, tikinti, kənd təsərrüfatı, turizm kimi sahələrdə əməkdaşlığa xüsusi önəm verir”, – Dövlət Komitəsinin sədri vurğulayıb.

Digər tərəfdən, Səudiyyə Ərəbistanının Azərbaycandakı müvəqqəti işlər vəkili Məmduh əl-Cəbru da Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verdiklərini diqqətə çatdırıb: “Azərbaycanla münasibətlər bizim xarici siyasətimizin öncül istiqamətlərindən biridir. Qarşılıqlı etimada söykənən münasibətlərimiz yüksək və ali səviyyədəki mütəmadi görüşlərlə daha da möhkəmlənir, nəticədə əməkdaşlığımız üçün mühüm sənədlər imzalanır”. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...