Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Mübariz Qurbanlı Suriyada olan azərbaycanlı qadınlardan danışdı

“Son il yarım ərzində Azərbaycandan silahlı dəstələrə qoşulanlar barədə məlumat yoxdur. Suriyada yalnız ərləri ölmüş azərbaycanlı qadınlar qalıb”. “Din.az” “report”a istinadən bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O xatırladıb ki, Suriyada hazırda şiddətli müharibə gedir: “Orada hamı bir-birinə qarşı vuruşur. Yəni, orada din yoxdur, sadəcə geopolitik müharibə gedir. […]

“Son il yarım ərzində Azərbaycandan silahlı dəstələrə qoşulanlar barədə məlumat yoxdur. Suriyada yalnız ərləri ölmüş azərbaycanlı qadınlar qalıb”.

“Din.az” “report”a istinadən bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O xatırladıb ki, Suriyada hazırda şiddətli müharibə gedir: “Orada hamı bir-birinə qarşı vuruşur. Yəni, orada din yoxdur, sadəcə geopolitik müharibə gedir. Bir faktı da qeyd edim ki, son 25 ildə 2,5 milyon insan məhz müharibədə həlak olub”.

Komitə sədri qeyd edib ki, Azərbaycanda dinə qarşı mübarizədən söhbət gedə bilməz: “Əgər kimsə din adı altında ölkədə qarşıdurma yaratmaq istəsə və din adı altında dini təhrif edərsə, buna qarşı mübarizə aparılır və gələcəkdə də aparılacaq”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...