Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Mübariz Qurbanlının kitabı nəşr edilib – FOTO

“Azərbaycanda dövlət-din münasibətləri: tarixi baxış və müasirlik” adlı kitab nəşr edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Mübariz Qurbanlının “Azərbaycanda dövlət-din münasibətləri: tarixi baxış və müasirlik” adlı kitabı nəşr edilib.

Din.az bildirir ki, ön sözünün müəllifi Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev olan nəşrə Azərbaycanda dini sahə ilə bağlı müxtəlif mövzuları əks etdirən məlumatlar və müəllifin dövri mətbuatda çap olunan məqalələri daxil edilib. Kitabda Azərbaycanda ənənəvi dinlərin tarixindən, müstəqilliyimizin bərpasından sonra respublikada dövlət səviyyəsində milli-mənəvi dəyərlərimizin qorunması, din siyasətinin həyata keçirilməsi, dövlət-din münasibətlərinin formalaşması və inkişafı istiqamətində görülən işlər, mövcud dini durum barədə ətraflı izahlar verilib. Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən din siyasəti, ölkədə dini durumun nizama salınması sahəsində atılan addımlar, multikultural və tolerant dəyərlərimizlə bağlı məsələlər kitabda geniş təhlil edilib.

Nəşrdə, eyni zamanda Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 2017-ci ilin Prezident İlham Əliyev tərəfindən ölkədə “İslam Həmrəyliyi İli” elan edilməsinə xüsusi diqqət ayırıb, onun tarixi-ictimai, ideoloji və beynəlxalq əhəmiyyətini şərh edib. Mühüm siyasi addım və qlobal humanizm aktı olan həmrəylik çağırışı istiqamətində geniş fəaliyyətə başlanılmasının nəinki respublikamız və bütün müsəlman ölkələri, bütövlükdə dünya üçün müstəsna əhəmiyyət daşıdığını vurğulayıb.

Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan kitabın dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində çalışan mütəxəssislərə, eləcə də dinşünaslara, siyasi şərhçilərə, gənc tədqiqatçılara faydalı olacağına ümidvarıq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...