Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Müğənni İslamı təhqir etdiyi üçün həbs olundu – VİDEO

İfaçı bundan əvvəl milli marşı lağ etdiyi üçün də həbs edilib…

Malayziya polisi ölkənin məşhur müğənnilərindən biri olan Nameweeyi nəzarətə alıb.

“Din.az” bildirir ki, “qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ifaçı son klipində İslam dinini təhqir edən məqamların olduğu səbəbi ilə həbs olunub.

“Oh my God” adlı mahnıya çəkilən ekran işində Malayziyadakı bir məscid, kilsə və Buddist məbədinin içində dinləri və mədəniyyətləri işarələyən paltarlar geyinilib, bir neçə adamla rəqs edən Nameweenin səsləndirdiyi mahnının sözündə “Allah” sözünün keçdiyi, eyni zamanda mahnıda azan səsinin eşidildiyi ifadə edilib.

“İslamiyyəti və müqəddəs yerləri alçaltmaq” günahından Kuala Lumpur Beynəlxalq hava limanında nəzarətə alınan 33 yaşlı ifaçı Penanga aparılıb.

Polis QHT-lərdən şikayətin daxil olduğunu, səbəbdən belə bir addım atdıqlarını söyləyib.

Xatırladaq ki, Namewee 2007-ci ildə “Negarukuku” adlı klipində milli marşı lağ etdiyi səbəbiylə həbs cəzasına məhkum edilmişdi.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...