Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Mühacir olan Buddist lider müsəlman miqrantlara qarşıdır

Share Button

Dalay Lama, Avropanın sığınacaq axtaran miqrantlara qarşı məhdudiyyət qoyulmasının lazım olduğunu bildirib.

Özü qaçqın olan Buddist lider, Avropada müsəlman qaçqın istəmir.

“Din.az” “timeturk.com”a istinadən xəbər verir ki, dünyanın ən kiçik ölkələrindən biri olan Tibetin ruhani lideri Dalay Lama, Avropanın sığınacaq axtaran miqrantlara qarşı məhdudiyyət qoyulmasının lazım olduğunu bildirib.

Əsl adı Tenzin Gyatso olan 14-cü Dalay Lama, Almaniyanın Frankfurter Allgemeine Zeitung (FEZ) qəzetinin suallarını cavablandırarkən, son illər Avropaya gələn miqrantlar sayəsində ölkədə böyük artım olduğuna diqqət çəkib və sığınacaq axtaran şəxslərin sayına məhdudiyyət gətirilməsinin lazımlı olduğunu söyləyib.

Almaniyanın sığınacaq axtaran şəxslərin ağır yükü altında olduğunu irəli sürən Dalay Lama, əksəriyyəti müsəlman coğrafiyadan gələn miqrantların Almaniya üçün gələcəkdə problem təşkil edəcəyini də iddia edib.

Buddist ruhani lider Lamanın Avropanı müsəlmanlardan qorumaq üçün izə düşməsi sosial mediada da sərt reaksiyalara səbəb olub.

Tenzin GYATSO KİMDİR?

13-cü Dalay Lamanın yenidən dünyaya gəlmişi kimi qəbul edilən Gyatso 1937-ci ildə Tibetdə doğulub. Tibeti işğal edən Çinə qarşı müqavimətə keçən 14-cü Dalay Lama, Hindistanın baş naziri Nehrunun dəvətindən sonra Himalay dağlarını aşaraq 80 min Tibetli ilə birlikdə 1959-cu ildə Hindistana keçib və burada Tibet hökuməti qurub. Hələ də Çinin işğalından Tibetə qaçanları Hindistan qəbul etməkdədir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir