Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

MUHƏMMƏD ADI AVSTRİYADA UŞAQLARA VERİLƏN ƏN POPULYAR ADLAR SIRASINDADIR

124 yeni doğulan körpəyə Məhəmməd adı verilib.

Müsəlman kişi adı olan Muhəmməd Avstriyanın paytaxtı Vyanda yeni doğulan uşaqlara verilən ən populyar adlar sırasına daxil olub.


Din.az xəbər verir ki, statistika bu adın son beş il ərzində təkcə oğlanlara verilən adlarda ilk onluqda olmaqla deyil, həm də siyahının zirvəsinə doğru hərəkət etdiyini göstərir.
2010-cu ildə 99, 2011-ci ildə 111, 2016-cı ildə isə 124 yeni doğulan körpəyə Muhəmməd adı verilib.
Yerli KİV qeyd edir ki, 2017-ci ilin sonunda bu ad Yaxın Şərq və Afrikadan olan miqrasiyanın hesabına daha da populyarlaşacaq. / Report.az

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...