Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Muhəmməd peyğəmbərin nümunə olması nə deməkdir?

Aişə: «Onun əxlaqı Qurandır» (İbn Hibban, 6/91).

Muhəmməd peyğəmbər Quranı ancaq göndərildiyi insanlara çatdıran deyil, həmçinin Quranı yaşayandır.

Din.az bildirir ki, ilahiyyatçı Elşad Miri məsələ ilə bağlı fikirlərini səsləndirib.

“Quranın ilk müraciət etdiyi şəxs odur. Həyat yoldaşı Aişə bir suala cavab verərkən: «Onun əxlaqı Qurandır» demişdir (İbn Hibban, 6/91).

Quran dinin nəzəri, Muhəmməd peyğəmbər təcrübi mənbəyidir. Lakin təcrübi mənbə olan Nəbini Quran formalaşdırmışdır.

Quran toxunulması və əldə edilməsi çətin «tabulaşdırılmış kitab» deyil, əksinə «həyat kitabı»dır.

Quran möminlərin ona asanlıqla əldə edilməsini istəyir. Bu əldə edilən mümkünlük Quranın təklif etdiyi həyat tərzi üçün də etibarlıdır.

Quranın gətirdiyi həyat tərzi Muhəmməd peyğəmbərin şəxsiyyətində təmsil edilmişdir”.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...