"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

“Multikulturalizm” jurnalının təqdimatı keçirilib

Share Button

Jurnalın təqdimatı Qubada keçirilib

İyulun 16-da Qubanın Mədəniyyət Mərkəzində “Multikulturalizm” ədəbi-bədii, elmi-publisistik jurnalının təqdimatı keçirilib.

“Din.az” xəbər verir ki, tədbirdə “Ay işığı” ədəbi məclisinin, o cümlədən həmin regionda fəaliyyət göstərən ədəbi məclislərin rəhbərliyi və üzvləri, “Multikulturalizm” jurnalının redaksiya heyəti, Azərbaycan Yaradıcılıq Fondunun nümayəndələri iştirak ediblər.

Tədbiri Qubada fəaliyyət göstərən “Ay işığı” ədəbi məclisinin rəhbəri, şair Ramiz Qusarçaylı açıb. O, bu ilin Azərbaycan prezidentinin sərəncamı ilə “Multikulturalizm ili” elan edildiyini xatırladıb və qeyd edib ki, jurnal prezidentinin sərəncamı ilə nəzərdə tutulan tədbirlər planı çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə səyi nəticəsində işıq üzü görüb. Ramiz Qusarçaylı multikulturalizmin Azərbaycan xalqının mədəniyyətində, başqa xalqlara münasibətində əsrlər boyu davam edən bir anlayış olduğunu söyləyib.

Daha sonra çıxış edən “Multikulturalizm” jurnalının baş redaktoru Fəxri Uğurlu qeyd edib ki, jurnalın nəşr olunmasında məqsəd Azərbaycanda əsrlərdən bəri formalaşmış tolerantlıq ənənələrini təbliğ etmək, ölkəmizdə hökm sürən multikultural mühitə töhfə verməkdir. Fəxri Uğurlu bildirib ki, “Multikulturalizm” jurnalı öz fəaliyyətini Azərbaycan Prezidentinin müvafiq sərəncamlarında vurğulanmış dəyərlərin qorunub təbliğ olunması istiqamətində qurur.

Tədbirin sonunda ədəbi məclis üzvləri tədbir iştirakçılarına öz şeirlərini oxuyublar.

UR4B9649

UR4B9655

UR4B9690

UR4B9697

UR4B9700

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir