Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Müqəddəs İslam dinimiz bunu tələb edir” – Xanım deputat

“Biz bir ailə kimi yaşayırıq və bizim gücümüz birliyimizdədir”.

“Dünyada məzhəblərarası dözümsüzlük, qarşıdurma, ayrı-seçkilik və ciddi fəsadlar törədən münaqişələr baş verdiyi halda, Azərbaycanda tolerantlıq və multikulturalizmin, birgə yaşayış ənənəsi hökm sürür”.

Din.az bildirir ki, bu fikirləri deputat Pərvin Kərimzadə bildirib.

O bildirib ki, Azərbaycan dünyada siyasi, iqtisadi, mədəni və digər sahələrdə böyük nailiyyətlər qazanan ölkə kimi sürətli inkişaf, tərəqqi nümunəsi göstərir.

“Ölkə Prezidenti İlham Əliyevin milli maraqlara söykənən balanslaşdırılmış siyasəti Azərbaycanın uğurlarının əsas açarı kimi bəhrəsini verməkdədir. Azərbaycanın müasir siyasi tarixinə dinamik inkişaf, dayanıqlı iqtisadiyyat, ciddi islahatlar ili kimi daxil olan ötən hər il daha parlaq gələcək üçün uğurlar, nailiyyətlərlə dolu yeni səhifələrin açılmasına təkan verir. Prezident İlham Əliyevin müdrik, uzunmüddətli strategiyaya hesablanan xarici siyasətin prioritetlərinin ardıcıl surətdə həyata keçirilməsi nəticəsində əldə olunan nəticələr gələcəyə ümidlə baxmağa əsas verir. Azərbaycan həmçinin, dünyada sülhün, dinlərarası, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqun güclənməsinə və sülhün bərqərar olunmasına böyük töhfələr verir. Biz istəyirik ki, dünyada proseslər müsbət məcrada getsin, dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmasın, sülh olsun, bərabərlik olsun, ədalət olsun. Müqəddəs İslam dinimiz bunu tələb edir və biz dövlət olaraq bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik. Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq tədbirlər həm ölkəmiz, həm daxildə gedən proseslər, həm də dünya üçün böyük məna daşıyır. Çünki Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim böyük sərvətimizdir”.

O qeyd edib ki, Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri mehribanlıq, əmin-amanlıq şəraitində yaşayır.

“Biz bir ailə kimi yaşayırıq və bizim gücümüz birliyimizdədir” – mayın 23-də Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə təşkil edilən iftar mərasimində söylədiyi bu fikirlər Azərbaycanın istər regionda, istərsə də dünyanın sülhün bərqərar olması üçün təşəbbüskar rolunda çıxış etdiyinin daha bir təsdiqidir. Məhz sabit gələcəyin və inkişafın şərti olan birgəyaşayış ənənələri həm də ölkəmizin mədəni müxtəlifliyinin göstəricisidir”.

Deputat söyləyib ki, bu gün Prezident İlham Əliyev tərəfindən dövrün qlobal çağırışlarına uyğun istiqamətləndirilən, müstəqillik yollarında inamla, qətiyyətlə, ləyaqətlə irəliləyən gənc müstəqil Azərbaycan Respublikasının daxili və xarici siyasətinin əsas prioritetlərindən biri kimi multikulturalizm və tolerantlıq bütün dünyada siyasi dəstək və şöhrət qazanıb. / Modern.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...