Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Müqəddəs torpaqlarda HƏCC BAŞLAYIR – VİDEO

Zəvvarlar bu gün axşam Ərafat bölgəsinə yola düşəcəklər…

Qurban bayramı ərəfəsində müqəddəs torpaqlarda həcc həyəcanı yaşanıb.

Məkkə şəhərinə toplaşan 2 milyondan çox zəvvar ərəfə gününə qədər ümrə ziyarətlərini həyata keçirir, Kəbə ətrafında təvaf edir, fərz ibadətlərini yerinə yetirirlər.

Həcc ziyarəti isə ərafatla başlayır. Zəvvarlar sentyabrın 10-u gecədən başlayaraq Ərafat bölgəsinə doğru yola çıxacaqlar. Qaydalara görə bayramdan bir gün əvvəl günorta və ikindi namazları məhz bu bölgədə qılınmalıdır.

Sentyabrın 11-də axşam saatlarına doğru zəvvarlar Müzdelifə adlanan əraziyə gedəcək və gecəni burda keçirəcəklər. Bayramın birinci günü isə müsəlmanlar Kəbənin təvafından sonra Mina bölgəsinə axın edəcəklər. Burada şeytanın daşlanmasının ardınca qurbanlar kəsiləcək. Bununla da hacı olan zəvvarlar ehram qiyafəsindən çıxacaqlar.

Qeyd edək ki, həcc ziyarəti ilə əlaqədar bölgədə təhlükəsizlik tədbirləri də gücləndirilib. Ərafat və Mina bölgələrində əsayişi təmin etmək üçün minlərlə polis və hərbçi səfərbər edilib.

“Din.az” Məkkədə yaşanan həcc ziyarəti ilə bağlı videosüjeti təqdim edir:

 

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...