Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Murdarlanmış bir dini ocaq…” – Musa Quliyevdən erməni katolikosuna cavab

“Erməni kilsəsi də çoxdan murdarlanmış bir dini ocaqdır.”

Erməni kilsəsi həmişə şər mənbəyi olub. Erməni kilsəsinin heç erməni xalqına xeyri olmayıb. O din ki, o dini ocaq ki siyasətə qarışır, o din, o dini ocaq da murdarlanır. Erməni kilsəsi də çoxdan murdarlanmış bir dini ocaqdır.

Din.az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında millət vəkili Musa Quliyev Yaxın Şərqdə yaşayan ermənilərin katolikosu I Aramın Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi çağırışına münasibət bildirərkən deyib.

“Bu mənada, katolikosun Qarabağın Ermənistana birləşdirilməsi bəyanatı heç də təzə söhbət deyil. Əslində, Qarabağla bağlı ilk bəyanatı 1988-ci ildə elə erməni katolikosu vermişdi”, – deyən millət vəkilinin sözlərinə görə, ondan ötən dövr ərzində ermənilər nə Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıya və tanıda, nə də onu Ermənistana birləşdirə bildilər.

“Çünki həm Azərbaycanın gücü, həm Azərbaycan prezidentinin apardığı beynəlxalq siyasət, həm də Azərbaycanın beynəlxalq aləmdəki imici və vaxtında apardığı diplomatik səylər buna imkan vermədi. Bundan sonra da erməni katolikosu, yəqin ki, Dağlıq Qarabağı yuxusunda görəcək. Bəlkə, neçə əsr sonra gələn katolikoslar da ola bilər ki, bu fikirlərə düşsünlər, sərsəmləsinlər. Amma heç vaxt Qarabağ Ermənistana birləşməyəcək, Qarabağ Azərbaycan torpağı olaraq qalacaq. Ola bilər ki, Qarabağdakı ermənilər köçüb, gedib Ermənistanda yaşayarlar. Bunu da zaman göstərəcək”, – deyə M.Quliyev əlavə edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...