Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“Mursi qəsdən öldürülüb” – Müsəlman Qardaşları Təşkilatı

Misirin keçmiş prezidenti Məhəmməd Mursinin ölümü ilə bağlı bəyanat…

Müsəlman Qardaşları Təşkilatı (MQT) Misirin keçmiş prezidenti Məhəmməd Mursinin ölümü ilə bağlı bəyanat yayıb.

Din.az bildirir ki, MQT-nin bəyanatında Misirin demokratik seçkilərlə vəzifəyə gəlmiş ilk prezidenti Məhəmməd Mursinin qəsdən öldürüldüyünü irəli sürüb:
“Məhəmməd Mursi öz əcəli ilə deyil, qəsdən öldürülüb. Mursinin ölümü ilə əlaqədar beynəlxalq bir araşdırma komissiyasının yaradılmasını tələb edirik. Mursi həbsxanada çox ağır şəraitdə saxlanılıb. Müalicə haqqı kimi, ən adi hüquqlardan belə məhrum edilərək ölümə təhrik edilib. Ölümündə hazırkı Misir rəhbərliyi məsuliyyət daşıyır. Birləşmiş Millətlər Təşkilatına (BMT) və digər insan hüquqları təşkilatları da ölkədəki həbsxanalarda tibbi laqeydliyin nəticəsində məhbusların ölümlərinə son verilməsi üçün Misirin hazırki hakimiyyətinə təziq etməlidirlər”. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...