Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Mursinin məzarlığından reportaj haqqı İsrailə verildi – VİDEO

Məhəmməd Mursini gizli şəkildə dəfn etdikdən sonra məzarının görüntüsü …

Misir rəsmiləri iyunun 18-də məhkəmə salonunda vəfat edən ölkənin ilk seçilmiş prezidenti Məhəmməd Mursini gizli şəkildə dəfn etdikdən sonra onun məzarının görüntüsünü çəkməyə yalnız İsrail televiziyasına icazə verib.

Din.az xəbər verir ki, Qahirə rəsmilərinin Mursinin məzarını çəkmək üçün İsrailin KAN televiziya kanalının Yaxın Şərq üzrə müxbiri Roi Kaisə icazə verməsi diqqəti cəlb edib.

Roi Kais ciddi təhlükəsizlik tədbirlərinin alındığı, yerli və xarici jurnalistlərin buraxılmadığı Qahirənin cənub-şərqindəki Müsəlman Qardaşları Təşkilatının mürşidlərinin dəfn olunduğu məzarlığın önündən reportaj verib. Qəbiristanlığın içində gəzən israilli jurnalist bəyan edib ki, Misir adi və normal günlərini yaşayır, Mursinin vəfatı isə Misir küçələrində təsirini hiss etdirmir. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...