Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Musaya verilən 9 ayə nədir?

Musaya verilən möcüzələrin arasında fironun şəxsən şahid olduğu 9 möcüzə var.

SUAL: Musaya verildiyi deyilən 9 ayə -9 möcüzə nədən ibarətdir? Bunlar Tövratdakı 10 əmrlə əlaqədardırmı? 


Cavab: Quranda 2 ayədə (“İsra” surəsi, 101-ci ayə və “Nəml” surəsi, 12-ci ayə) qeyd olunur ki, Musaya 9 ayə – 9 möcüzə verilib. “İsra” surəsinin 101-ci ayəsində belə deyilir: “Musa onların yanına gəldikdə, firon ona “Ya Musa! Mənə elə gəlir ki, sən ovsunlanmışsan” demişdi”.

Bu ifadələrdən belə çıxır ki, firon özü Musaya verilən möcüzələrə şahid olub. Qurana bu mənada baxdıqda, məlum olur ki, Musaya verilən möcüzələrin arasında fironun şəxsən şahid olduğu 9 möcüzə var. Bunlar tufan, çəyirtkə, həşərat, qurbağa, qan (“Əraf” surəsi, 7/133), əsanın ilana çevrilməsi, əlinin ağarması (“Nəml” surəsi, 27/12; “Şüəra” surəsi, 26/32-38), əsanın sehrbazların göstərdiklərini udması (“Şüəra” surəsi, 26/32-46) və dənizin yarılmasıdır (“Şüəra” surəsi, 26/60-66).

9 möcüzənin Musaya verilən 10 əmrlə əlaqəsi ilə bağlı hədis kitablarında bir rəvayət qeyd olunub (Tirmizi. “İstizan”, 33; Nəsai. “Təhrim”, 18). Lakin İbn Kəsir bu rəvayətlə əlaqədar olaraq Tirmizinin hədis barədə həsən-səhih dediyini qeyd edir; ancaq rəvayətin əslində müşkül olduğunu bildirir. Yenə bu hədisin ravilərindən olan Abdullah ibn Sələmənin yaddaş baxımından qüsurlu olduğunu, bəlkə də onun 9 möcüzəyə dair ayəni 10 əmrlə qarışdırmış ola biləcəyini deyib. Çünki 10 əmr Tövratdakı tövsiyələrdir. Bununla bir dəlil-sübut kimi fironun qabağına çıxılmayıb.1

Odur ki, bu rəvayətin həm istinad, həm də mətn baxımından dəlil (əsas) götürülməsi münasib deyil. Quranda bildirilən 9 möcüzə ilə 10 əmrin eyniləşdirilməsi də mümkün deyil.


 

  1. Baxın: İbn Kəsir. “Təfsiru-l-Qurani-l-Əzim”.Təhqiq edən: əs-Seyyid Muhəmməd əs-Seyyid, Vəcih Muhəmməd Əhməd. “Daru-l-hədis”, Qahirə, 2005-ci il, 5-ci cild, s. 132

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...