Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Müsəlman alimlərdən sərt reaksiya: Ləğv edilsin!

“Müsəlmanlara qarşı bu cür ayrı-seçkilik yolverilməzdir”.

Hindistan hökumətinin vətəndaşlıqla bağlı qanun layihəsində müsəlmanlar nəzərə alınmır və rəsmi Dehli bu layihədən vaz keçməlidir.

Din.az xəbər verir ki, bu barədə Dünya Müsəlman Alimlər Birliyi bəyanat yayıb.

“Müsəlmanlara qarşı bu cür ayrı-seçkilik yolverilməzdir. Digər 6 dini qrupun üzvləri rahatlıqla vətəndaşlıq ala biləcəklər, lakin müsəlmanların yolu bağlanacaq. Beynəlxalq ictimaiyyət buna qarşı çıxmalıdır”, – bəyanatda bildirilib.

Qeyd edək ki, sözügedən qanun layihəsinə görə, 2014-cü ildən Hindistana gələn qeyri-müsəlmanlara vətəndaşlıq verilir. Müsəlmanlar isə bu layihədən kənarda qalır. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...