Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Müsəlman Alimləri Assosiasiyasından ABŞ-a qarşı üsyan çağırışı edildi

ABŞ-ın Qüds qərarı bütün müsəlmanlar tərəfindən pislənir.

Səfirliyin köçürülməsi ilə bağlı ABŞ- a qarşı üsyan çağırışı…

Din.az xəbər verir ki, Dünyanın baş katibi Əli Karadaği ABŞ prezidenti Donald Trampın Tel Əvivdəki ABŞ səfirliyini Qüdsə köçürəcəyi ilə bağlı qərarına qarşı ABŞ-a üsyan etməyə çağırıb.

İslam dünyasına İsrailin 70-ci il dönümündə ABŞ-ın səfirliyini Qüdsə köçürməsinə qarşı dik durma çağırışı edən Karadaği “Qüds bütün ümmətin davasıdı. Qüdsün tatusunu dəyişdirmə səylərinə icazə vermək çox ayıbdır. Bunu edənləri Allah da, tarix boyu da heç kim bağışlamayacaqdır” deyə bildirib.

Ərəb və İslam ölkələri liderlərinə səslənən Karadaği, Qüds və Məscidi-l Əqsanın onlara əmanət olduğunu, diplomatik və iqtisadi olmaqla əllərindən gələn bütün vasitələrlə ABŞ-ın bu planını davam etdirməsinə mane olmağın lazım olduğunu qeyd edib.

Karadağı açıqlamasında, “Mayda səfirliyin Qüdsə köçürülməsi müsəlmanlara qarşı açılmış bir savaşdır. Qeyri-qanuni işğalçıları dəstəkləyən bir addımdır” deyə bildirib. / A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...