Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Müsəlman arakanlılar qorxudan susmağa üstünlük verdi – FOTO

Buddistlər tərəfindən hücuma məruz qalan şəxs şikayətini geri götürüb

Myanmarda evinin həyətyanı sahəsində İslam dərsləri vermək məqsədi ilə bina tikdirdiyi üçün buddist bir qrupun hücumuna məruz qalan şəxs, təcavüz hadisəsi ilə bağlı qaldırdığı iddianı, müsəlmanlara qarşı təcavüz hadisələrini qabardacağından narahat olaraq şikayətini geri götürdüyü bildirilir.

“Din.az” “hilalhaber.com”a istinadən xəbər verir ki, polis, ölkənin cənubunda buddist qrupların hücumu zamanı xəstəxanaya aparılan Abdul Şərifin şikayətini geri götürdüyünü, bu səbəbdən hadisə ilə əlaqədar istintaqın bağlandığını açıqlayıb.

Vav Təhlükəsizlik Müdiri Ohn Lvin verdiyi açıqlamada, zərər çəkmiş vətəndaşın iddia qaldırmaqdan imtina etməsi səbəbiylə kimsənin nəzarətə alınmayacağını bildirərək, “kəndin müsəlman sakinləri iddianın qaldırılacağı halda yarana biləcək hadisələrdən narahatlıq duyduqlarını ifadə etdilər” deyə qeyd edib.

Əbdül Şərifin atası Myo Sve də oğlunun şikayətini geri götürməsini dəstəklədiyini, əks halda kənddə yaşaya bilməyəcəklərini dilə gətirib.

Qeyd edək ki, Yangona şəhərindən 150 kilometr uzaqlıqda yerləşən Tha Yel Tha Mein kəndində bir qrup qəzəbli buddist qrup evinin həyətyanı sahəsində İslam dərsləri vermək məqsədi ilə tikdirdiyi bina üçün Abdul Şərifə hücum etmişdi. Buddistlər kənddəki bir məscidi də istifadəsiz hala salıblar.

arakanlilar_tehditle_sikayetlerini_geri_cekti_h34569

Beynəlxalq İnsan Hüquqlarına Nəzarət Təşkilatları hücumun kökumət tərəfindən araşdırılmasını, təqsirkarların cəzalandırılmasını tələb etmişdi. Hətta kənddə baş verməsi ehtimal olunan şiddət hadisələrinə qarşı 100-dən çox polis bölgəyə sövq edilmişdi.

Hücumdan sonra, Myanmarın Arakan əyalətində 2012-ci ildə buddistlərlə müsəlmanlar arasında yaşanan dramatik hadisələrin yenidən alovlanacağının narahatlığı ortaya çıxıb. Hadisələr zamanı çoxlu sayda müsəlman həyatını itirmiş, yüzlərlə ev və iş yeri yandırılmış, hücum zamanı minlərlə insan kəndi tərk etmək məcburiyyətində qalmışdı.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...