Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Müsəlman Birliyi Hərəkatının 6 üzvünə hökm oxundu

Dindarlar CM-nin 233 və 315-ci maddələri ittiham olunublar

Sabunçu Rayon Məhkəməsində hakim Süleyman Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında ötən ilin noyabrın 5-də Müsəlman Birliyi Hərəkatı İdarə Heyətinin sədri Elçin Qasımovun həbsinə etiraz olaraq Sabunçu Rayon Baş Polis İdarəsinin qarşısında toplaşdığı üçün saxlanılan 6 dindara hökm oxunub.

“Din.az” xəbər verir ki, dindarlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci maddəsiylə (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ittiham olunublar.

Məhkəmənin qərarına əsasən, Rzayev Sahil Xalid oğlu 6 il 5 ay 15 gün, Vəliyev Niftəli Əşrəf oğlu 5 il 11 ay 10 gün, Əliyev Anar Yusif oğlu 5 il 11 ay, Bünyadov Elvin Hatif oğlu 6 il 1 ay 15 gün, Əhmədov Lətif Süleyman oğlu 5 il 11 ay 20 gün, Osmanov Teymur Adilxan oğlu 5 il 11 ay 15 gün azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, dindarların həbs müddəti saxlanıldıqları gündən hesablanacaq.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...