Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Müsəlman Birliyi” Hərəkatının koordinatoruna hökm oxunub

“Müsəlman Birliyi” Hərəkatının koordinatoruna həbs cəzası verilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının koordinatoru Əhsən Nuruzadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Din.az APA-ya istinadən bildirir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ə. Nurizadə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ə.Nuruzadə ötən il oktyabrın 6-da Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. İttihama görə, onun üzərindən 14.775 qram heroin tapılıb. Ə.Nuruzadəyə qarşı Cinayət Məcəlləsinin 234.4.3 (qanunsuz narkotik əldə etmə, külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham verilib.
Ə.Nuruzadə ittihamları qəbul etmir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...