Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Müsəlman birliyinə heyran qaldım – Quterreş

Quterreşin müsəlmanlarla bağlı xüsusi açıqlaması diqqət çəkib.

BMT Baş katibi Antonio Quterreşin müsəlmanlarla bağlı xüsusi açıqlaması diqqət çəkib.

Din.az xəbər verir ki, baş katib Yeni Zelandiyada məscidlərə edilən hücumlar zamanı müsəlmanların birliyinə heyran qaldığını ifadə edib.

“Cəsarətinizə, gücünüzə, fövqəladə dərəcədə bərabərliyinizə və dünyaya verdiyiniz mesaja dərin hörmət edirəm”, – deyə baş katib açıqlayıb.

Xatırladaq ki, 15 martda Yeni Zelandiyada radikal xristian tərəfindən məscidlərə edilən silahlı hücumda 51 nəfər həyatını itirmişdi. /Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...