Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Müsəlman cütlüyün vətəndaşlıq müraciəti rədd edildi – SƏBƏB

Qarşı cinslə salamlaşmaqdan imtina etdiklərinə görə problemlə qarşılaşdılar.

İsveçrədə vətəndaşlıq müraciəti etmək istəyən cütlüyün müraciətləri rədd edilib. Müsəlman bir ər və arvad müraciət mərkəzində qarşı cinslə salamlaşmaqdan imtina etdikləri üçün vətəndaşlıq müraciətlərinin rədd edildiyi bildirilib.

Din.az bildirir ki, evli cütlüyün müraciətinin qarşı cinsə bərabər hüquqlarla baxmadıqları, həmçinin qarşı cinsin özlərinə ünvanladığı suallara böyük çətinlik göstərərək cavab verdikləri üçün rədd edildiyi açıqlanıb.

Qeyd edək ki, bu hadisə İsveçrədə ilk dəfə baş vermir. 2016-cı ildə iki orta məktəb şagirdinin müəllimlərlə salamlaşmadığı üçün bu məsələ uzun müddət müzakirə edilmiş və müəllimin əlini sıxmaq bir hörmət əlaməti kimi dəyərləndirilmişdi. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...