Müsəlman din xadimi başından güllələndi – VİDEO

Din xadiminin köməkçisi də öldürülüb
Nyu Yorkda müsəlman din xadimi öldürülüb.
“Din.az” “lent.az”a istinadən xəbər verir ki, Nyu Yorkun “Queens” adlanan hissəsində iki il əvvəl Banqladeşdən mühacirət etmiş din xadimi, 55 yaşlı Maulama Akonje və köməkçisi, 64 yaşlı Thara Uddin güllələnib. Başından güllə yarası alan hər iki şəxs hadisə yerindəcə keçinib.
Bildirilir ki, cinayət irqçilik və dini nifrət zəminində törədilib. Hadisəni törədən şəxs din xadiminə və köməkçisinə arxadan səssizcə yaxınlaşaraq atəş açıb.
Hadisə ilə bağlı araşdırma aparılır, hələlik saxlanılan yoxdur.
allah rehm etsin.allahin iznile shehid olsunlar