Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Müsəlman dövlətinin rəhbərindən inanılmaz sözlər – xalqımız bu səbəbdən məhv olub 

“20 il ərzində bir neçə dəfə yandırılmayan kənd qalmadı”.

Şeyx Şamilə görə çeçenlərin sayı iki dəfə azalıb.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov deyib.

“1840-cı ildə Dağıstan imamı Şamil özünün 400 nəfərlik dəstəsi ilə Çeçenistana gəldi. Martın 8-də Urus-Martanda o özünü Çeçenistan və Dağıstanın imamı elan etdi. Bu andan başlayaraq 20 il ərzində Çeçenistanda bir neçə dəfə yandırılmayan kənd qalmadı, əhali dağlara çəkilməyə məcbur oldu, qocalar, uşaqlar, qadınlar aclıqdan və soyuqdan öldülər. Şeyx Şamil Rusiya ilə sülhdən danışan istənilən çeçenin edamı əmrini vermişdi. Onlar yaşayış məntəqələrini yandırıb, əhalinin Rusiyaya qarşı müharibə aparmasıyla bağlı onları Qurana and içməyə məcbur edirdilər. 1859-cu ildə Şamil Vedenodan Qunibə gəldi. 4 ay sonra avqustun 26-da imam Rusiyaya təslim oldu. Şamilin Çeçenistanda olduğu dönəm ərzində əhalinin sayı iki dəfə, kişilərin sayı isə 70% azaldı. Biz Şamilin xatirəsinə hörmət edirik, amma bilmək istəyirik ki, o, niyə Rusiya ilə 19 il savaşıb, Çeçenistan xalqını məhvə təhrik edib, amma Dağıstana gələn kimi “dvoryan”a çevrilib?”, – deyə o bildirib.

Qeyd edək ki, Şeyx Şamil Şimali Qafqazda Rusiya çarlığına qarşı mübarizənin lideri olub. 1834-1859-cu illərdə apardığı mübarizə zamanı Şamil Rusiyaya bir sıra ağır zərbələr endirərək, bölgənin mövcudluğunu qoruyub saxlaya bilib. Şamil 1859-cu ildə Rusiyaya təslim olub və Şimali Qafqazdan sürgün edilib. 1871-ci ildə Mədinədə həcc ziyarəti zamanı vəfat edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...