Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Müsəlman həkimlər məzuniyyət dövründə insanları pulsuz müalicə edəcək -İBRƏTAMİZ

“Bu patologiya ilə məşğul olunmazsa, korluğa səbəb ola bilər”…

Nə olsun ki, Azərbaycanın dövlət xəstəxanalarının həkimləri xəstələri ilboyu pulsuz müayinə və müalicə edirlər…

Amerika Birləşmiş Ştatlarının Ist Lansinq şəhərindən olan doktorlar məzuniyyət dövrlərində insanları pulsuz müalicə məqsədilə Suriyalı qaçqınların İordaniyadakı düşərgəsinə yollanıblar.

Din.az bildirir ki, bu haqda xarici İslam saytlarına istinadla xəbər verir. 38 yaşlı oftalmoloq Əhməd əl- Sahuri və onun həyat yoldaşı – 32 yaşlı diş həkimi Ayya Zəki – müharibənin viran qoyduğu Suriyadan təxminən 1,6 milyon adamın qaçdığı İordaniyadakı 6 günlük humanitar proqrama qatılacaq. Aksiyada iştirak etmək üçün cütlük məzuniyyət götürüb. Onlar səyahət xərclərini özləri ödəyib və hətta özlərinin İordaniyada lazım ola biləcək alət və dərmanlarını da götürüblər.

Ə. Əl-Sahuri diabetik retinopatiyanı müalicə edəcəkdir. “Bu patologiya ilə məşğul olunmazsa, korluğa səbəb ola bilər”, – Lansinqdə göz klinikasında çalışan Əhməd deyir.
Ayya Zəki isə Lansinq Ailə Stomatologiya klinikasında çalışır. Daha əvvəl Miçiqanın stomatologiya xəstəxanalarında işləyib və burada bütün ştatdan olan aşağı gəlirli xəstələri müalicə edib. İordaniyada isə Ayya uşaqları müalicə etməyi planlaşdırır. “Digər insanlara kömək etmək məni xoşbəxt edir. Birinin həyatına təsir etdiyini hiss edirsən. Bu, çox vacibdir “ –doktor Zəki belə deyir.
P.S. Amerikalı həkimlər də nə ilə öyünür; Azərbaycanın dövlət xəstəxanalarındakı həkimlərimiz xəstələri ilboyu pulsuz müayinə və müalicə edirlər… /  Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...