Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Müsəlman imam yüzlərlə xristianın xilası üçün Allaha yalvardı

Terrorçular imamdan “kafirləri” təslim etməyi tələb ediblər.

Şücaət və mərhəmətə dair təsirli hadisə Nigeriyada baş verib.

Din.az bildirir ki, şücaət və mərhəmətə dair təsirli hadisə Nigeriyada baş verib.

260 xristianın xilas edilməsi üçün öz canını təhlükəyə atmaqdan çəkinməyən məscid imamı həqiqi xalq qəhrəmanına çevrilib.

Ölkənin kəndlərindən birində müsəlman din xadimi xristianlardan ibarət böyük qaçqın dəstəsini görüb.

Məlum olub ki, həmin dəstəni terrorçular təqdib edirdi. Bunu bilən imam qadın və uşaqları öz evində, kişiləri isə məsciddə gizlədib.

Xristianları gizlədən məscid imamı haqda xəbər tutaraq kəndə soxulan 300 terrorçu, imamdan “kafirləri” təslim etməyi tələb edib.

Dinc insanların qanını tökmək niyyəti ilə silahlarını çıxaran terrorçuları görən səcdəyə düşərək, Allahdan yardım diləməyə başlayıb.

Anidən bu səhnə ilə üzləşən terrorçular, görünür ki, “ayılıblar”. Nə edəcəklərini bilməyən terrorçular kəndi tərk edib.

Cəsur imamın evində daha 5 gün qaldıqdan sonra isə, xristianlar qaçqın düşərgəsinə köçürülüblər. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...