Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Müsəlman ipotekası istifadəyə verildi – FAİZ YOXDUR!..

“İslam ipotekasının istifadəyə verilməsi İslam bankçılığının inkişafı üçün vacib addımdır”.

“Al Hilal” İslam bankı Qazaxıstanda ilk İslam ipoteka kreditləşməsinin icrasına başlayıb.

Din.az bildirir ki, bu haqda Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin rəsmi saytı məlumat verib. Artıq Almatı, Astana və Çimkent sakinləri həm mənzil almaq, eyni zamanda digər bir bankdakı mövcud ipotekanın maliyyələşdirilməsi üçün İslam maliyyə prinsipləri əsasında qurulmuş yeni kreditləşmə növündən istifadə edə biləcəklər.

Bununla belə, yeni ipoteka növü uyğun qaydaları qəbul edən müxtəlif din mənsubları üçün də nəzərdə tutulub.

İslam ipotekası “murabaha” qaydası ilə təmin edilir və ənənəvi faiz dərəcəsi olmaması ilə fərqlənir. Çünki faiz şəriət qaydaları və prinsipləri ilə qadağan edilir.

Müsəlman ipotekasının sxemi belədir: bank mənzili satın alır və sonra müştəriyə əlavə məbləğlə satır, həmin qiymət artıq müştəriyə məlum olur və bütün maliyyələşmə dövrü üçün sabit qalır. Bu ipoteka növünün əsasənda şəffaflıq və faydalar dayanır: müştəri dərhal aldığı mənzilin son qiymətini görür.
“İslam ipotekasının istifadəyə verilməsi Qazaxıstanda İslam bankçılığının inkişafı üçün vacib bir addımdır. Və bu, İslam maliyyələşdirməsinin fiziki şəxslər üçün nəzərdə tutulmuş ilk pərakəndə məhsullarından biridir. Ümid edirik ki, müştərilərimiz məhsulumuzun faydalarını, xüsusi və əlverişli şərtlərini yüksək qiymətləndirəcəklər “, – deyə “Al Hilal” İslam bankının sədr müavini Eltay Muhəmmədjanov bildirib.

Qeyd edək ki, hələ 2015-ci ildə Azərbaycanda İslam qaydalarına uyğun ipoteka sisteminin yaradılması haqda təkliflər səslənmişdi. Və Azərbaycan Beynəlxalq Bankı bir müddət İslam pəncərəsi çərçivəsində ipoteka verilməsinə cəhd etmişdi. Lakin bankların şəriət qaydalarına uyğun fəaliyyət göstərə bilməsi üçün qanunvericilik bazasının hazırlanması və digər səbəblərdən bunun geniş şəkildə həyata keçirilməsi ləngidilir. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...