Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Müsəlman konqresində YƏHUDİLƏR ilk dəfə STEND AÇDI

Yəhudi qrupun stendi müsəlmanlar tərəfindən maraqla qarşılandı.

İsrail bütün yəhudiləri təmsil etmir.

Din.az A24.az-a istinadən bildirir ki, Şimali Amerikanın ən böyük konqres və sərgi mərkəzi Mc Cormick Place’da 16-cı Müsəlman Amerikan Cəmiyyəti – Şimal Amerika İslam İctimaiyyəti konqresinə ənənəvi paltarlarıyla gələn sionizm əleyhdarı yəhudi qrupun stendi konqresə gələn müsəlmanlar tərəfindən maraqla qarşılandı.


Qrup adına açıqlama verən yəhudi Rabbi Dovid Feldman, “Müsəlman cəmiyyətinə Sionizm ilə Yəhudilik arasındakı fərqi və İsrail dövlətinin bütün Yəhudiləri təmsil etmədiyini izah etmək üçün buradayıq.” – dedi.
ABŞ prezidenti Donald Trump’ın Qüdsü “İsrailin paytaxtı” olaraq tanımasının yəhudi inancına görə “qəbul edilməz” olduğunu vurğulayan Feldman, “Yalnız Qüds mövzusu deyil, bütün Fələstin problemi bizə görə qəbul edilməz bir vəziyyətdir. Dünya üzərində çox böyük bir yəhudi cəmiyyətidə bizimlə eyni iddiadır” – deyə açıqlama verdi.
Yəhudilərin əsrlərlə Fələstin torpaqlarından sülh içində yaşadığına diqqət çəkən Feldman sözlərini belə davam etdirdi:
“İnsanlar, problemlərin qaynağının fərqli dinlər olduğunu düşünə bilərlər, amma bu səhv düşüncədir. Əsrlərlə fərqli dinə mənsub insanlar sülh içində yaşaya biliblər və bundan sonra da yaşaya bilərlər. Bu gün bölgədə yaşanan problemlər İsrail dövlətinin siyasətindən qaynaqlanır. İsrailin, yəhudilərin dövləti deyil yəhudiləri təmsil etməyən sionist bir dövlətlətdir.”
Məhəmməd Şükürlü //A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...