Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Müsəlman konqresmendən Türkiyəyə qarşı ittiham

“Əgər bu iddialar doğrudursa, hərbi cinayətdir”…

ABŞ Nümayəndələr Palatasının ilk müsəlman təmsilçisi İlhan Ömər Dövlət Departamentinin Türkiyənin “Sülh çeşməsi” əməliyyatı zamanı mülki insanlara qarşı kimyəvi silahdan istifadə edib-etməməsini araşdırmasını istəyib.

Din.az xəbər verir ki, Ömər bu tələbini ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefriyə yazdığı məktubda dilə gətirib.

“ABŞ təcili şəkildə bir NATO müttəfiqinin kürd mülki sakinlərə qarşı ağ fosfor tətbiq edib-etmədiyini ortaya çıxarmalıdır”, – məktubda qeyd olunub.

Bildirilib ki, beynəlxalq təşkilatlar və Suriyanın şimalında fəaliyyət göstərən müşahidəçilər oktyabrın 16-da türk əsgərlərinin ağ fosfordan istifadə etdiklərini qeyd ediblər.

“Əgər bu iddialar doğrudursa, hərbi cinayətdir”, – məktubda bildirilib.

Məktubda Dövlət Departamentindən bu iddialarla bağlı tam, bitərəf və hərtərəfli araşdırma aparması istənilib.

Qeyd edək ki, Türkiyə hökuməti Suriyanın şimalında kimyəvi silahdan istifadə ilə bağlı bir müddət əvvəl açıqlama vermişdi. Milli Müdafiə naziri Hulusi Akar beynəlxalq hüquq və razılaşmalar çərçivəsində qadağan edilən heç bir sursat və kimyəvi silahdan istifadə etmədiklərini və bundan sonra da etməyəcəklərini bildirmişdi. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...