Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Müsəlman lider” Adnan Oktara xarici ölkələrdən DƏSTƏK gəldi: Dünən İsrail, bu gün…

Adnan Oktar bir çox ölkələrin diqqətini çəkib.

Türkiyədə din xadimi kimi tanınan Adnan Oktar və onun təşkilatına qarşı aparılan istintaq əməliyyatları bir çox ölkələrin diqqətini çəkib.

Din.az xəbər verir ki, İsrail, Yunanıstan və Misir mətbuatı hadisəni manşetlərinə daşıyıb və təşkilata təriflər yağdırıb.

Cinsi təcavüz, fırıldaqçılıq, çirkli pulların yuyulması, siyasi casusluq, azyaşlı uşaqların qaçırılması və cinsi istismarı kimi bir çox cinayətlərdə ittiham edilən Adnan Oktarın xəbərləri yunan mətbuatında “müsəlman yazar həbs edildi” başlığı ilə verilib. Xəbərdə Ərdoğan hökumətinin bütün yazar və akademikləri həbsə atması təəssüratı yaradılıb.

Dünən İsrail mətbuatında isə Adnan Oktardan “müsəlman lider”, “İslam cəmiyyətinin lideri” kimi bəhs edilib. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...