Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Müsəlman lider Kremlə üsyan etdi: NƏDƏN QORXURSUNUZ?

Son günlər Moskvanın Tatarıstana təzyiqləri artıb.

Mərkəzi hökumətlə regional hökumətlərin arasında səlahiyyətlərin bölüşdürülməsində 5 il ərzində heç nəyi dəyişməmək lazımdır.

Din.az xəbər verir ki, bunu Qaydar Forumunda çıxışı zamanı Tatarıstan lideri Rüstəm Minnixanov söyləyib.

“Hər kəs səlahiyyətlərin Moskvaya verilməsinə səs verib, mən isə əleyhinə olmuşam. Bizim şəraitimiz ayrıdır. Mənim xahişim budur: 5 il ərzində heç nəyə toxunmayın. 5 il ərzində biləcəm ki, biz nə qədər qazanc əldə edəcəyik. Siz daşınan və daşınmaz əmlakla bağlı qərar verirsiniz. Bu bizim gəlirlərdir və siz niyə bizdən xəbərsiz belə qərarlar verirsiniz? Niyə siz bizsiz hansısa güzəştləri qəbul edirsiniz? Hər bir subyekt öz səlahiyyətlərini icra etmək qabiliyyətindədir. Siz nədən qorxursunuz? Əgər subyektin rəhbəri qarşıya qoyulan vəzifələri icra edə bilmirsə, onu dəyişin. Moskvadan bu qədər böyük dövləti necə idarə etmək olar?” – deyə o bildirib.

Qeyd edək ki, son günlər Moskvanın Tatarıstana təzyiqləri artıb. Belə ki, Kreml Tatarıstanda tatar dilinin icbari tədrisini tam qadağan edib. Üstəlik, Tatarıstan rəhbərinin “prezident” adlandırılması dayandırılıb.

Moskva Tatarıstanın büdcə idarəetməsi ilə bağlı bir sıra səlahiyyətlərini də əlindən alıb. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...