Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Müsəlman məhkumun edamı bu səbəblə dayandırıldı

Müsəlman məhkum edam zamanı həbsxana keşişinin yanında dua etməsinə qarşı çıxdı.

Amerikada 1995-ci ildə 15 yaşlı gənci öldürmə cinayəti ilə həbs olunan 42 yaşlı müsəlman məhkum Dominique Rayın edam cəzası bir gün əvvəl ləğv olunma qərarı alıb.

Din.az bildirir ki, Dominique Ray zəhərli iynə ilə edilən edam zamanı həbsxana keşişinin yanında dua etməsinə qarşı çıxıb və yanında bir müsəlman mollasının olmasını tələb edib. Onun tələbi edam otağına sadəcə həbsxana işçiləri girə bildiyi üçün rədd edilib.
Məhkəmə qərarında edam otağında müsəlman və digər din xadimlərinin olmamasını konstitusiya qanunlarına zidd hərəkət kimi qəbul edib və Rayin edamı dayandırıb. Amerika-İslam əlaqələri şurasının Alabama şöbəsi Rayin tələbinin haqlı olduğunu açıqlayaraq məhkəmənin qərarından məmnuniyyət duyduğunu bildirib. / Metbuat.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...