Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Müsəlman müğənni Türkiyə üçün dua etdi

Avstraliyanın Melbourn şəhərində konsert verən məşhur müğənni Sami Yusuf Atatürk hava limanındakı terror hücumunda Türkiyədə olduğunu bildirərək “Allah Türkiyəni qorusun” deyib. “Din.az” xəbər verir ki, konsert vermək üçün ilk dəfə Avstraliyaya gələn Azərbaycan əsilli ingilis müğənni Sami Yusuf Melbourndakı konsertində heyranları ilə görüşüb. Köhnə və yeni albomu “Barakah”dan əsərlərini səsləndirən Yusuf heyranlarının sevgisi ilə qarşılaşıb. […]

Avstraliyanın Melbourn şəhərində konsert verən məşhur müğənni Sami Yusuf Atatürk hava limanındakı terror hücumunda Türkiyədə olduğunu bildirərək “Allah Türkiyəni qorusun” deyib.

“Din.az” xəbər verir ki, konsert vermək üçün ilk dəfə Avstraliyaya gələn Azərbaycan əsilli ingilis müğənni Sami Yusuf Melbourndakı konsertində heyranları ilə görüşüb.

Köhnə və yeni albomu “Barakah”dan əsərlərini səsləndirən Yusuf heyranlarının sevgisi ilə qarşılaşıb.

Yusuf, Melbourn konsertindən əvvəl verdiyi açıqlamada, Atatürk hava limanındakı terror hücumunda yaşadığı üzüntüsünü dilə gətirib.

Hücumun gerçəkləşdirildiyi gün Türkiyədə olduğunu bildirən Yusuf, “bütün qəlbimlə zərər çəkmiş insanların yanındayam. Ailələr üçün ilk 6-7 saat heç bir şey bilməmək həqiqətən çox çətindir, ürəyim onlarla birlikdədir. Allahın rəhməti onlarla olsun, Allah səbr versib və həqiqətən çox çətin anlar idi” deyib.

Hücumla bağlı sosial şəbəkədə ilk həmrəylik mesajlarından birini onun paylaşdığını bildirən müğənni, “Allah Türkiyəni qorusun, Müsəlman dünyasını qorusun, insanlığı qorusun və dünyadakı yaxşı insanları…Ümid edirəm, gələcəkdə daha gözəl günlər görərik” ifadələrini işlədib.

Avstraliya turnesini 8 iyulda Sidneydə verəcəyi konsertindən sonra tamamlayacaq Sami Yusuf, 17 iyul Antalyada heyranları ilə görüşəcək.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...