Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Müsəlman mühacir Donald Trampı tənqid etdi

“Sən heç kəsi və heç nəyi qurban verməmisən…”

Amerikada Xizr Xan adlı müsəlman mühacir Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampı tənqid edib. O, Birləşmiş Ştatlarda yaşayan müsəlman seçiciləri Hillari Klintona səs verməyə çağırıb.

“Din.az” xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Mənbə qeyd edir ki, cümə axşamı Filadelfiyada Hillari Klintonun partiyanın prezidentliyə namizədlik nominasiyasını qəbul etdiyi qurultayda həlak olmuş ABŞ əsgərinin atası Xizr Xan çıxış edib.

Mənbə qeyd edir ki, Xanın oğlu, uşaq ikən ailəsi ilə birgə Birləşmiş Ərəb Əmirliklərindən ABŞ-a mühacirət edib. ABŞ Ordusunda xidmət edib və 2004-cü ildə İraqda bir maşının hərbi kompleksə daxil olaraq partlaması nəticəsində həlak olub. O, tabeliyində olan əsgərlərə yerə yatmağı əmr edib, özü maşına yaxınlaşdığı an maşın partlayıb. Həmin vaxt onun 27 yaşı olub.

Oğlu haqqında fikir səsləndirən Xizr Xan deyib:  “O vaxt Hillari Klinton mənim oğlumu “Amerikanın ən yaxşı insanlarından biri” adlandırdı. Donald Trampa qalsa, oğlum heç Amerikada olmazdı da”, – deyə Xan bildirib.

Qeyd edək ki, onun oğlu ölümündən sonra “Bürünc Ulduz” və “Bənövşəyi Ürək” mükafatlarına layiq görülüb.

“Donald Tramp davamlı olaraq müsəlmanları ləkələyir”, – deyə Xan bildirib. “O, digər milli azlıqlara, qadınlara, hakimlərə, hətta öz partiyasının rəhbərliyinə qarşı hörmətsizlik edir. O, divar inşa etməyi və bizim bu ölkəyə girişimizə qadağa qoymağı vəd edir. Donald Tramp, amerikalıların öz gələcəklərini sənin iradənə vermələrini istəyirsən. Mən isə sənə bir sual vermək istəyirəm: Sən heç ABŞ Konstitusiyasını oxumusan? Mən öz nüsxəmi sənə borc verə bilərəm”, – deyərək cibindən Konstitusiyanın bir nüsxəsini çıxarıb: “Burada “azadlıq” və “qanun qarşısında bərabərlik” sözlərini diqqətlə oxu”, – deyə əlavə edib.

160729132800-01-kahn-dnc-medium-plus-169

Xan milyarder biznesmeni Arlinqton Məzarlığında ABŞ-ı “müdafiə edərkən həlak olan igid vətənpərvərlərin məzarlarını” ziyarət etməyə çağırıb. “Orada sən bütün dinlərin və müxtəlif etnik mənsubiyyətlərə aid insanların məzarını görəcəksən. Sən isə heç kəsi və heç nəyi qurban verməmisən”, – deyə Xan bildirib.

Xizr Xan, həmçinin mən hər bir vətənpərvər amerikalını, müsəlman mühacirləri və bütün mühacirləri bu seçkilərə ciddi yanaşmağa çağırıram”, – deyib və seçiciləri seçki günündə Klintona səs verməyə çağırıb.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...