Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Müsəlman nazirdən Qüdslə bağlı ŞOK AÇIQLAMA – İsraili dəstəklədi

Müsəlman nazir İsraili dəstəklədi.

Bəhreynin xarici işlər naziri Xalid bin Əhməd Əl Xəlifənin tvitterdə Qüdslə bağlı yazdıqları müsəlman dünyasında etirazlarla qarşılanıb.

Din.az xəbər verir ki, nazir sosial şəbəkədə Avtraliyanın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını dəstəklədiyini və bunun doğru addım olduğunu deyib. Müsəlman nazir bu qərarın Fələstin xalqının tələbləri ilə toqquşmadığını əlavə edib. O, Ərəb ölkələri Liqasının İsrailin qərarına etiraz etməsinin mənasız addım olduğunu da vurğulayıb.

Bəhreynli nazirin bu fikirləri dünyanın müxtəlif ölkələrində yaşayan insanların, xüsusi ilə də fələstinlilərin sərt etirazı ilə qarşılaşıb.

Qeyd edək ki, son vaxtlar bəzi Körfəz ölkələrinin İsraillə yaxınlaşması müşahidə edilir. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...