Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bütün xəbərlər »
Qaynar Xəbərlər
din.az_2016-07-07_12-57-43

Müsəlman olan alman müxbir Türkiyəni dəstəklədi, Avropanı tənqid etdi

Share Button

“Avropanın heç bir yerində demokratiya yoxdur…”

Demokratiyasına sahib çıxan türk xalqından çox təsirləndiyini dilə gətirən müsəlman alman müxbir “Bu tarixi anı yaşadığım üçün çox xoşbəxtəm. Həyatımda bu qədər insanı demokratik və hüzur içində görmədim və bu gün yaşanaları mən nəvələrimə danışacağam” deyib.

“Avropanın heç bir yerində demokratiya yoxdur…”

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Angela Merkelə Yeniqapı mitinqində iştirak üçün çağırış edən alman müxbir Lejeune, Avropa ölkələrinin tutduğu mövqeyi tənqid edərək “Bir Alman vətəndaşı olaraq, Merkelin burada, prezident Ərdoğanın yanında oturmasını çox istərdim. Avropanın böyükləri Parisdə oldular, amma Türkiyədəki hadisələrdə heç kimi burada görmürük. Avropa, türk xalqının yanında yer almır. Demokratiyaya hörmət etmədilər və Avropadan heç bir təmsilçi burada yoxdur. Həqiqi demokratiya Türkiyədə yaşanır. Avropanın heç bir yerində demokratiya yoxdur. Sadəcə yeganə həqiqət Türkiyədəki demokratiyadır” deyib.132_2017

“Almaniyada demokratiya olsaydı, Ərdoğana izin verərdi…”

İslamı qəbul edən alman müxbir, prezident Ərdoğanın videokonfrans yolu ilə Kölndə səslənişini qadağan edən Almaniyaya qarşı sərt sözlər işlədib:

“Türkiyə prezidenti Ərdoğanın Almaniyada çıxışını qadağan etmələri demokratiyaya qarşı çox böyük hörmətsizlikdir. Almaniya demokratik bir ölkə olsaydı Ərdoğanın çıxışını qadağan etməzdi və icazə verərdi. Digər dünya liderlərinə icazə verirlər. Almaniyanın ən böyük ədalət orqanları buna bir gün içində qərar verdilər və bu qadağanı çıxartdılar”.

Almaniya hökumətini FETÖ ilə bağlı xəbərdarlıq edən müsəlman müxbir “Almaniyanı çox böyük bir təhlükə gözləyir. Ona görə də Almaniyada lazımi orqanlar bu işə əl atmalıdır” deyib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top