Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Anlayırsan ki, həmişə müsəlman olmusan, sadəcə, bunu dərk etməmisən” – Video

“İslam dinini qəbul etməyim “dəyişiklik” yox, “qayıdış”dır”.

2018-ci ilin payızında İslam dinini qəbul edən müğənni Şineyd O’Konner İrlandiyada “The Late Late Show”nun qonağı olub.

Din.az xəbər verir ki, ifaçı efirə hicabla çıxıb. Bu, onun uzun fasilədən sonra ilk dəfə tamaşaçı qarşısına çıxdığı şou idi.

Şineyd müsəlman olduqdan sonra adını da dəyişib Şəhida edib. O bildirib ki, İslam dinini qəbul etməsini “dəyişiklik” yox, “qayıdış” adlandırır:

“Quranı oxuduqdan sonra sən anlayırsan ki, hər zaman müsəlman olmusan, sadəcə, bunu qəbul etməmisən. Bu hal məndə də baş verdi. 52 yaşım var, fərqli bir İrlandiyada, hazırda olmayan bir şəraitdə böyümüşəm. Bura ənənələri olan bir yer idi. Hamı pis idi, Allahla ünsiyyətdən heç kim xoşbəxtlik tapmırdı. Bunun üçün əsl müsəlman olmalısan. Müsəlmanlar yeganə millətdir ki, onlar yer üzündə Allahdan başqa heç nəyə sitayiş etməyin düzgün olmadığına inanırlar”. / Qafqazinfo

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...