Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Müsəlman ölkələri terror aktında ittiham olunurlar

Terrorçular bu dövlətlərin maliyyə dəstəyilə hərəkət edib.

İranın Ali dini lideri Ayətullah Əli Xamneyi Əhvazda törədilən terror aktına görə, Fars körfəzinin 2 ölkəsini ittiham edib.

Din.az Metbuat.az-a istinadən məlumatına görə, o bildirib ki, hərbi parad zamanı hücum edən terrorçular həmin dövlətlərin maliyyə dəstəyilə hərəkət edib. Xamneyi əmin edib ki, 29 nəfərin plümü və 60-a qədər insanın yaralanmasıyla nəticələnən hadisədə günahı olan hər bir kəs ən ağır şəkildə cəzalandırılacaq.

Bu arada, İranın xüsusi xidmət orqanları terrorla əlaqəsi olan şəxslərə qarşı əməliyyat keçirərək, 22 nəfəri həbs edib.

İranın Kəşfiyyat Nazirliyinin məlumatına görə, onlardan 5-nin terrorla əlaqəsi təsdiqlənib. Onların evlərinə baxış keçirilərkən, xeyli sayda silah-sursat və partlayıcı maddə aşkarlanıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...