Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Müsəlman ölkələrin gənclərini Türkiyəyə dəstək olmağa çağırırlar – FOTO

“Gənclər Sülh, Həmrəylik və Ortaq Dəyərlər uğrunda Fəaliyyətdə…”

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birinci Gənclər Düşərgəsində #YouthWithTurkey hərəkatı başladılıb.

“Din.az”ın məlumatına görə, İƏT Avrasiya Regional Mərkəzindən “milli.az”a bildiriblər ki, Türkiyədə FETÖ-nun iflasa uğrayan hərbi çevriliş cəhdinə qarşı bu ölkəyə dəstək məqsədilə İƏT Gənclər Forumu (İKGF) və Türkiyənin Gənclər və İdman Nazirliyinin təşkil etdiyi 1-ci İƏT Gənclik Düşərgəsi Antalyada fəaliyyətə başlayıb.

Gənc oğlan və qızlar üçün təşkil edilən iki ayrı-ayrı qrupda dünyanın bir çox müsəlman ölkələrindən olan 300-dən çox gəncin iştirakı ilə “Gənclər Sülh, Həmrəylik və Ortaq Dəyərlər uğrunda Fəaliyyətdə” şüarı altında öz işinə başlamış Gənclər Düşərgəsi avqustun 24-dək Antaliyanın Duacıq məntəqəsində fəaliyyətini davam etdirəcəkdir.

500522_3

İƏT Gənclər Forumunun sədri Elşad İskəndərov beynəlxalq düşərgənin ilk günündə 35 müxtəlif İƏT ölkəsini təmsil edən gənclərin “Türkiyə və Demokratiyaya Dəstək Bəyannaməsini” qəbul etdiyini bildirib. Xəyanətkar hərbi qiyam təşəbbüsünün tək Türkiyədə stabilliyi pozmağa deyil, bu ölkənin Orta Şərq məkanında stabilliyin bərpası uğrunda apardığı rola qarşı da istiqamətlənmiş olduğuna diqqət çəkən E.İskəndərov 15 iyul qiyamından dərhal sonra müsəlman gənclərinin yekdilliklə qəbul etdiyi bəyannamənin onların Türkiyə demokratiyası və türk gəncliyinin yanında olmasını dünyaya nümayiş etdirdiyini vurğulayıb.

Antalya valisi Münir Karaloğlu, Türkiyə Gənclər və İdman Nazirliyi ali təmsilçiləri, Türkiyənin millət vəkilləri və AKP gənclik qurumları nümayəndələrinin çıxış etdikləri açılış mərasimindən sonra qəbul edilən Birgə Bəyannamədə isə düşərgə iştirakçıları dünya, əsasən də Qərb ictimaiyyətinə çağırışla müraciət ediblər. Qiyamdan sonra Qərb dövlət nümayəndələrinin, eləcə də KİV-lərinin bəşəri dəyər olan demokratiya uğrunda mübarizə aparan Türkiyə xalqına yetərincə dəstək vermədiyini vurğulayan gənc liderlər Qərb gəncliyinə çağırış edərək, onları Türkiyə ilə həmrəylik məqsədi daşıyan #YouthWithTurkey həştəqiylə sosial media kampaniyasına qoşulmağa dəvət ediblər.500522_5

500522_0

Avqust ayı ərzində həyata keçiriləcək sosial media kampaniyasında qiyamçıların gizli planları, Türkiyə prezidenti R.T.Ərdoğanın çağırışıyla türk millətinin meydanlara gələrək demokratiya uğrunda mübarizəsi, region və dünya üçün Türkiyə demokratiyasının əhəmiyyəti kreativ vasitələrlə dünya ictimaiyyətinə çatdırılacaqdır.

“İslam tarixi və mədəniyyəti”, “Çoxmədəniyyətlilik perspektivində ümmət olma zənginliyi”, “İslam və demokratiya”  “Modern və post-modern dönəmdə islam anlayışı” kimi elmi mövzuların müzakirə ediləcəyi düşərgə proqramı çərçivəsində gənclər üçün oxatma, basketbol, futbol, şahmat kimi oyunlar üzrə yarışların keçirilməsi də nəzərdə tutulur.

500522_1

500522_2

500522_4

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...