Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Müsəlman ölkəsində 100 min adam ekoloji iməciliyə çıxdı – İBRƏTAMİZ…

Ümumrusiya ekoloji aksiyası çərçivəsində kütləvi iməcilik keçirilib.

Rusiyanın İnquşetiya respublikasında “Rusiyanın suyu” ümumrusiya ekoloji aksiyası çərçivəsində kütləvi iməcilik keçirilib.

Din.az Moderator.az-a istinadla xəbər verir ki, ekologiya üzrə regional komitənin çağırışına 100 minədək sakin cavab verib.

Müxtəlif bölgələrdə könüllülərin, gənclər hərəkatlarının, eləcə də dövlət və bələdiyyə qulluqçularının qatıldığı kütləvi tədbir İnquşetiya tarixində ən böyük iməcilik olub. Tədbirin əsas hissəsi Barsuki və Pliyevo kəndlərinin ərazisindən keçən Sunja çayının qoruq sahələrinə aid edilən sahillərində keçirilib.
Ekoloji iməciliyə İnquşetiya başçısı Yunusbek Yevkurov və Rusiyanın Təbii Ehtiyatlar və Ekologiya naziri Dmitri Kobılkin də qatılıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...