Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Müsəlman ölkəsində fəlakət yaşanır, ölənlərin sayı 1200 nəfəri keçib

Qeyd edək ki, 7,7 bal gücündə olan zəlzələ sentyabrın 28-də baş verib.

Təbii fəlakət nəticəsində ölənlərin sayı arta bilər.

İndoneziyanın Sulavesi adasında zəlzələ və sunami nəticəsində həlak olanların sayı 1200 nəfəri keçib.

Din.az bildirir ki, bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Bildirilir ki, təbii fəlakət nəticəsində ölənlərin sayı arta bilər. Belə ki, hazırda xilasedicilər hələ zəlzələnin episentrinə yaxın Dunqala yaşayış məntəqəsinə çata bilməyiblər.

Xatırladaq ki, 7,7 bal gücündə olan zəlzələ sentyabrın 28-də baş verib. Zəlzələ nəticəsində 3 min ev, eləcə də hotellər, xəstəxanalar, ticarət mərkəzləri dağılıb. Təkanlardan sonra ada 2 metrlik sunaminin altında qalıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...