Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

MÜSƏLMAN ÖLKƏSİNDƏ İLLƏR SONRA YENİDƏN AZAN SƏSİ EŞİDİLDİ

“Bəzi məscidlərin müəzzinləri səsucaldanlar vasitəsilə azan oxudular”.

Özbəkistanda yenidən azan səsi eşidilib. 

Din.az-ın verdiyi xəbərə əsasən, noyabr ayında azan vaxtı Özbəkistanın paytaxtı Daşkənd şəhərindəki böyük məscidlərdə yenidən səsucaldanlardan istifadə edilməyə başlanılıb.

Sosial şəbəkə istifadəçiləri yazırlar ki, ölkənin Andijan və Fərqanə bölgələrində bəzi məscidlərin müəzzinləri səsucaldanlar vasitəsilə azan oxuyublar.

Qeyd edilir ki, ölkədə son 10 ildə ölkə vətəndaşlarının müraciəti səbəbilə, azan ancaq məscdin daxilində səsləndirilirdi.

Özbəkistan müftiliyi məsələ ilə bağlı şərh verə bilməyib. Bildirilir ki, azanın oxunması zamanı səsucaldanların istifadəsini qadağan edən heç bir qadağa yoxdur. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...