Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Müsəlman ölkəsində oruc tutanlarla bağlı ŞOK QƏRAR: İmsaka oyanmaq istəyənləri…

“Səhər 10-dan sonra oruclu olan pilotlarımıza uçmağa icazə vermirik”.

İndoneziyada müsəlmanları imsaka döyüş təyyarələri oyandıracaq.

Din.az xəbər verir ki, İndoneziya Hava Qüvvələri Ramazan ayı boyunca orucun bağlanmasından bir müddət əvvəl alçaqdan uçuşlar edərək insanları oyadacaq.

Hava Qüvvələrinin mətbuat katibi Sous Yauris verdiyi açıqlamada bu vəzifənin çətin olduğunu deyib: “Bu, pilotlarımızın gecə uçuş bacarıqlarını qorumasına kömək edir. Səhər 10-dan sonra oruclu olan pilotlarımıza uçmağa icazə vermirik”.

Hava Qüvvələrinin sosial media hesabından verilən açıqlamada uçuşların Yava adasında yerləşən Surabaya, Surakarta, Klaten, Sraqen ve Yoqyakarta başda olmaqla, müxtəlif şəhərlərdə keçiriləcəyini açıqlayıb. Lakin xalqın hamısı bu tətbiqi xoş qarşılamayıb. Bəzi sakinlər döyüş təyyarələrinin səsinə etiraz ediblər. Onlar əhalinin hamısının müsəlman olmadığını diqqətə çatdırıb və imsak vaxtının digər din mənsubları üçün istirahət vaxtı olduğunu bildiriblər. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...