Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Müsəlman ölkəsinə görə Kraliça II Elizabet sərt tənqid edildi – UTANCVERİCİDİR

İngiltərə Kraliçasının müsəlman liderini at şousuna dəvət etməsi kəskin reaksiyalara səbəb olub.

İngiltərə Kraliçası II Elizabetin Bəhreyn Kralı Həmid Bin İsa Əl Xəlifəni Vindzor Kral At Şousuna dəvət etməsi ölkədə kəskin reaksiyalara səbəb olub.

Din.az Publika.az-a istinadən xəbər verir ki, “The Guardian” qəzetinin yazdığına görə hər il keçirilən At Şousunda Əl Xəlifə ilə görüşən Kraliçanın bu addımı cəmiyyətdə müsbət qarşılanmayıb.

Bəhreyn rejiminin müxalifətə qarşı təzyiqinə diqqət çəkən Silah Ticarətinə Qarşı Kampaniya platformasının idarəedicisi Andrey Smis bu görüşü şərh edərkən “utancverici” adlandırıb.

İngiltərənin bu ölkəyə 2011-ci ildən bu vaxta qədər 100 milyon sterlinq dəyərində silah satdığını xatırladan Smis bu ölkədəki rejimi deyil, müxalifəti dəstəkləməli olduqlarına diqqət çəkib.

Kraliça II Elizabetlə Əl Xəlifə arasında yaxın münasibətlərin olduğunu yazan qəzet, iki monarxın bir-birilərinə 2013 və 2017-ci illərdə at hədiyyə etdiyini vurğulayır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...