Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Müsəlman ölkəsinin başı dərddən qurtulmur

İndoneziyada yenə zəlzələ baş verib.

Zəlzələ zamanı dəyən zərər və qurbanlar haqqında məlumat verilməyib.

İndoneziyada yenə zəlzələ baş verib. Din.az xəbər verir ki, İndoneziya Meterelogiya, İqlim və Geofizika İdarəsinin məlumatına görə, zəlzələ Qərbi Açe bölgəsinin 30 metr şimali şərqində, yerin 10 kilometr dərinliyində baş verib.

Zəlzələ zamanı dəyən zərər və qurbanlar haqqında məlumat verilməyib.

Qeyd edək ki, Sulavesi adasında sentyabrın 28-də baş verən 7,5 bal gücündə zəlzələ və ardınca meydana gələn sunamidə 2091 nəfər ölmüşdü. Zəlzələnin ardınca170-dən artıq afterşok qeydə alınmışdı.

“Sakit Okean atəş dairəsi” olaraq adlandırılan zəlzələ və vulkanların qucağında yerləşən İndoneziyada 2004-cü ilin 26 dekabrında 9,1 bal gücündə zəlzələ baş vermiş və ardınca meydana gələn sunami nəticəsində 230 min nəfər həyatını itirmişdi. / Sputnik.az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...