Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Müsəlman ölkəsinin Ermənistana növbəti dəstəyi …

“İran Ermənistana satdığı qazın həcmini artırmağa hazırdır”.

İran prezidenti Həsən Ruhani ölkəsinin Ermənistana ixrac etdiyi qazın həcmini artırmağa hazır olduğunu bəyan edib.

Din.az bildirir ki, Ruhani bu haqda Ermənistanın baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında bildirib.

O bildirib ki, İranla Ermənistan arasında əlaqələrin daha da dərinləşməsi üçün kifayət qədər motivasiya və iradə var.

Dövlət başçısı ABŞ-ın rəsmi Tehrana qarşı sanksiya siyasəti ilə bağlı Ermənistanın tutduğu mövqeni yüksək qiymətləndirib.

Qeyd edib ki, İran Tehranla Yerevan bütün sahələrdə qarşılıqlı maraq doğuran sahələrdə münasibətləri dərinləşdirməyə hazırdır. | Modern.az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...