Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

«Müsəlman olmaqla sanki yenidən doğuldum»…

Maykl Ceksonın qardaşı Cermeyn Ceksonun İslamı qəbul etməsinin səbəbləri…

Maykl Ceksonın qardaşı Cermeyn Cekson 11 dekabr 1954-cü ildə Hindistanda anadan olub, «Yəhova şahidləri» camaatına mənsub olan ailəsinin yanında böyüdü. Sonradan qardaşlarıyla birlikdə musiqi qruplarından birinin üzvü oldu. 1989-cu ildə Yaxın Şərqə etdiyi səfərdən sonra müsəlman oldu.

İslamla tanışlığınız necə baş verdi?

1989-cu ildə qardaşımla birgə Yaxın Şərqdə bir neçə ölkəyə səfər etmək qərarına gəldik. İlk getdiyimiz ölkə Bəhreyn oldu. Orada bizi çox gözəl qarşıladılar, Allah onlardan razı olsun. Orada böyüklərlə də danışmaq imkanımız olmuşdu. Lakin nədənsə mənə daha çox oradakı uşaqların davranışları təsir etmişdi. Aramızda klassik bir dialoq olmuşdu. Mənədən adımı və haradan gəldiyimi soruşdular.

İslama bağlılıqları mənə çox təsir etdi

Dinimi soruşduqları zaman “Mən xristianam” dedim. Yaranan müəyyən səssizlikdən sonra mən də onlara həmin sualı verdim. Bir neçə saniyə sakitlikdən sonra hamı bir ağızdan İslam dedilər. Bu uşaqlar müsəlman olduqlarına görə çox qürurlu idilər. Onların məsum üzləri və din haqqında olan qısa sohbətimizdəki dinlərini tanıtmaq səyləri həqiqətən mənə çox təsir etmişdi. Elə bu da mənim İslama yönəlməyimə səbəb oldu.
Bir çoxlarına əhəmiyyətsiz gəlsə də, bu qısa söhbət məni böyük araşdırmaya təşviq etmişdi. İslam alimlərinə suallar verdim, araşdırmalar apardım. Artıq yavaş-yavaş müsəlman olmaq fikrimin yarandığını hiss edirdim. Lakin bu fikrimi heç kimə deyə bilmirdim. Hətta özümə etiraf etməyim də çox çətin idi. Nəhayət düşüncələrimi ailə dostumuz olan Əliyə bildirdim. Əli məni Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyada apardı. Oradan da Məkkəyə getdik. Əvvəlcədən öz-özümə düşündüyüm müsəlmanlığı şahidlər qarşısında kəlimeyi-şəhadət gətirməklə elan etdim.

– Müsəlman olduğunuzu elan etdikdən sonra özünüzü necə hiss etdiniz?

Tam mənada özümü yenidən dünyaya gələn insan kimi hiss etdim. İslam dini, xristianlıqda və başqa dinlərdə tapa bilmədiyim bütün suallarıma tam qaneedici şəkildə cavab verirdi.
Həyatımda ilk dəfə idi ki, din mövzusunda razı qalırdım. Artıq dini məsələləri düşünərkən müəyyən narahatlıq və ya şübhə hiss etmirdim. Çünki bu dində hər suala cavab vardı. Hər cavab da insan ağlına uyğundu. Məsələn, yahova şahidləri camaatına daxil olanlar cənnətə yalnız yüz qırx dörd min insanın girəcəyinə inanırlar. Mən bunları düşündükcə İslama olan etimadım, imanım daha da qüvvətlənirdi. Dualarımda ailəmin də bu həqiqətləri görüb həmin hisləri yaşamalarını istəyirdim.

– Amerikaya qayıtdıqdan sonra hər hansı təzyiqlə qarşılaşdınız?

Ailəmdən heç bir təzyiq görmədim. Ailəm bizə, insanlara dinlərinə və irqlərinə baxmadan sevməyi öyrətmişdi. Bu səbəbdən heç kim digərinin dini seçiminə müdaxilə etmirdi. Amerikaya qayıtdığım zaman anam müsəlman olduğumu xəbərlərdən öyrənmişdi. O mənə yalnız bu sualı verdi: “Bu qərarı dərhal verdin, yoxsa uzun müddət düşündün?”

Mən əvvəl qəlbimə sonra isə ağlıma yatmış çox səbəb olduğunu dediyim zaman onun da heç bir tərəddüdü qalmadı. Bacım bununla bağlı bir qədər narahat idi. Bunlara cavab verdiyim zaman o da İslamın bizi maraqlandıran suallara cavab verən din olduğunu gördü.
Müsəlman olmayan insanlar, xüsusən qərb dünyası, müsəlman qadınların ailə daxilində və ya sosial həyatda heç bir dəyərinin olmadığını düşünür. Əslində bunu cəmiyyətdə belə göstərmək üçün əllərindən gələni edirlər. Halbuki mən müsəlman qadınları, incidilməmək üçün qorunan güllərə bənzədirəm. Əminəm ki, onlar İslam dinində əks olunan qadın haqlarını bilsələr mənim kimi fikirləşərlər.

– Amerikada məşhur ailəsiniz. Kütləvi informasiya vasitələrinin sizə münasibəti necə oldu?

Amerika informasiya vasitələri bununla bağlı həqiqətən də mənə böyük təsir göstərdilər. Amerikalı yəhudilər, müsəlmanları digər insanlara nifrət edənlər kimi göstərməyə çalışırdılar. Bu səbəbdən hətta hədələmələrlə də qarşılaşdıq. Bununla bağlı çox da danışmaq istəmirəm. Lakin deyə bilərəm ki, bu hədə ailəmdə olan bəzi insanları İslama yaxınlaşdırdı. Məncə insan dinini seçməkdə sərbəstdir. Belə hədələri başa düşə bilməyən ailəm, həmin dövrdə mənə böyük dəstək oldu.

Maykl Cekson müsəlman oldumu?

– Xəbərlərdə qardaşınız Maykl Ceksonun da sizdən sonra müsəlman olduğu deyilirdi, bu barədə nə demək istəyirsiniz?
– Mən Məkkədən bir çox kitablar gətirmişdim. O məndən həmin kitabları istədi. Oxuduqdan sonra da bu dini seçdiyim üçün mənimlə qürur duyduğunu bildirdi.
Atdığım hər addımda mənə dəstək oldu. Əvvəl də qeyd etdiyim kimi ailəmizdə heç kim digərinin seçiminə qarışmır və ya bununla bağlı hər hansı sual vermirdi. Mayklla mənim münasibətim də belə idi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...