Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bütün xəbərlər »
Qaynar Xəbərlər
187956

Müsəlman olmayanların məscidə girişi 3 gün qadağandır

Share Button

İsrail qüvvələri ilə fələstinlilər arasındakı qarşıdurmadan sonra qərar verildi…

İsrail əsgərlərinin bazar və bazar ertəsi günləri yaşanan gərginlikdən sonra Məscidi Əqsaya müsəlman olmayanların girişi 3 günlüyə qadağan edilib.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, İsrail polisindən verilən yazılı açıqlamada, yəhudi miqrantlara işarə edilərək Məscidi Əqsaya 3 gün ərzində qeyri-müsəlmanların daxil olmaması istiqamətində qərar verildiyi bildirilib.

Bundan başqa açıqlamada, əlavə olaraq cümə və şənbə günləri də Məscidi Əqsaya müsəlman olmayanların daxil olmasına izin verilməyəcək.

Qeyd edəki ki, İsrail polisinin bazar günü Məscidi Əqsanın həyətinə güclə girməsindən sonra baş verən hadisələrdə 5 nəfər yaralanmış, 10 nəfər isə saxlanılmışdı. Məscidi Əqsanın həyətinə dünən də 250 polisin iştirakı ilə yəhudi miqrantların yaşadığı yerə girdiyi və 33 fələstinlinin yaralandığı da deyilir.

İsrail qüvvələri əvvəlki illərdə Ramazan ayının son günlərində yəhudi miqrantların Məscidi Əqsaya girməsinə izin vermirdi. Ancaq bu il ibadətə gedən yüzlərlə müsəlmanın məscidin içində olmasına baxmayaraq yəhudi miqrantların Əqsaya girməsini təmin etmişdi.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top