Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Müsəlman qadın Belçikanın tarixinə düşdü

Müsəlman qadının qələbəsi səs-küyə səbəb oldu.

Belçikada müsəlman qadın Gent şəhərinin bələdiyyə sədrinin köməkçisi seçilib.

Din.az xəbər verir ki, mərakeşdən olan Həfza Əl Bazioui 6 il ərzində bu vəzifəni icra edəcək. 31 yaşlı qadın 14 oktyabrda keçirilən səsvermədə 3981 səs yığıb.
Bölgədə çox tanınmayan başıbağlı namizədin seçkilərdə qələbə qazanması Belçika mətbuatında səs-küyə səbəb olub.  / Qaynarinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...