Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Müsəlman qadın ilk dəfə ABŞ-da konqresmen olacaq

Fələstin əsilli xanım ABŞ Konqresində öz yerini təmin edib.

Fələstin əsilli ABŞ vətəndaşı Rəşidə Tlaib Miçiqan ştatında keçirilən səsvermənin nəticələrinə görə ABŞ Konqresinin Nümayəndələr Palatasında öz yerini təmin edib.

Din.az xəbər verir ki, bununla bağlı “Associated Press” məlumat yayıb.

Məlumatda bildirilib ki, Tlaib ABŞ-ın Demokratlar Partiyasının namizədi olub, eyni zamanda, müstəqil namizədlər və Respublika Partiyasının üzvləri seçkilərdə iştirak etməyib.

ABŞ-da aralıq seçkiləri bu ilin noyabrında keçiriləcək. / Oxu.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...